Elm Günü
27 Mart - Azərbaycan Respublikasında “Elm Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir. Martın 29-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsində İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasınin baş müəllimi Fuad Qurbanov “Alqoritmlər və metodlar” mövzusunda ustad dərsi keçib.
Fuad Qurbanov tələbələrə alqoritmlər və metodlar haqqında geniş məlumat verdikdən sonra alqoritm və metodların əlaqəsini və fərqli xüsusiyyətlərini tətbiqi misallarla izah edərək bildirdi ki, alqoritmlərin xassələri və verilmə üsulları misallarla təsvir olunur. Qeyri səlis və ehtimal nəzəriyyələrinin köməyi ilə alqoritmlər və metodlar daha mükəmməl şəkildə tətbiqini elmi seminar iştirakçılarına nümunələrdə göstərdi.
Ustad dərsi tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.