Elmi seminarı keçirilmişdir.
13 mart 2023-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin Riyazi kibernetika kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti, r.e.d Ramazanov Əli Behdaş oğlu “Diskret optimallaşmada yeni xətaların tapılması” mövzusunda məruzə etmişdir. Məruzədə diskret optimallaşmada məsələlərində qradiyent tipli lokal alqoritmlərin xətası tapılmışdır. Bu xətalar məsələnin parametrlərindən asılıdır. Bu xətaların alınmasında müəllif tərəfindən işlənmiş metodika əsasında tapılmışdır. Alınmış xətalar aposterior, bəzi hallarda isə aprior şəklində alınır. Göstərilmişdir ki, bu xətalar əvvəlki məlum xətalardan daha dəqiqdir. Nəticələr xüsusi diskret optimallaşdırma məsələləri üçün konkretləşdirilir.