“Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
“17 mart 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin “Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
Seminarda kafedranın dosenti Ramazanov Əli Behdaş oğlu “Diskret optimallaşdırma məsələlində diklik terminində qradiyent alqoritmin xətasının tapılması” mövzusunda məruzə etmişdir. Məruzədə Diskret optimallaşdırma məsələlərində qradiyent alqoritm həmişə optimal həlli tapmır.Ona görədə qradiyent alqoritmin xətasının tapılması aktual məsələdir.Qradiyent alqoritminin xətasının müxtəlif terminlərdə xətası müvcüddur.Bu işdə diskret arqumentli funksiyalar üçün diklik termini daxil edilir və diklik terminində qradiyent alqoritmin xətası tapılır