Ehtimal nəzəriyyəsi və riyazi statistika
“Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasının seminarı (28.03.2023)
Məruzəçi : Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının magistrantı Urfan Əliyev
Məruzənin adı: “Nəqliyyat vasitələrinin idarə olunması zamanı yol verilən xətalara görə sürücülərin təsnifatı və qəza-risk dərəcələrinin müəyyənləşdirilməsi”.
Xülasə: Məruzədə müxtəlif GPS izləmə texnologiyaları vasitələri ilə əldə olunan məlumatlar əsasında nəqliyyat vasitələrini idarə edən sürücülərin xətalara görə təsnifatının verilməsi, onların qəza-risk dərəcələrinin müəyyənləşdirilməsi məsələsinə baxılmışdır. Görülən işdə baxılan məsələnin riyazi modeli qurulmuş və qeyri-səlis çoxluqlar nəzəriyyəsindən istifadə edilərək məsələ həll edilmişdir.
Bu məqsədlə sürücülərin idarə etdiyi xarakteristikalara uyğun təhlükəsizlik intervalları və təhlükəsizlik intervalları ilə bağlı daxilolma münasibətlərini ödəyən “ideal” sürücü anlayışı daxil edilmişdir. Daha sonra sürücülər çoxluğu üzərində hər sürücünün bu daxilolma münasibətlərini nə dərəcədə ödəməməsini xarakterizə edən mənsubiyyət funksiyası təyin edilmiş, beləliklə sürücülər çoxluğu üzərində qeyri-səlis çoxluq qurulmuşdur. Qurulan mənsubiyyət funksiyası vasitəsi ilə sürücünün “qəza riski” (“qəza-risk” dərəcəsi) anlayışı verilmişdir. Belə ki, qurulan qeyri-səlis çoxluğun ciddi -səviyyə çoxluğunun hesablanması qəza-risk dərəcəsi dan çox olan sürücülərin müəyyən edilməsi imkan verir.
Təklif edilən model sürücü davranışını müəyyən məhdudiyyətlər əsasında tədqiq etməyə və sürücülərin qəza riskləri haqqında proqnoz verməyə imkan verir.
İştirak etmişdir: 7 nəfər - 1 professor, 2 dosent, 1 müəllim, 3 magistr