Fakültənin Elmi Şurasının iclası keçirilib.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Elmi Şurasının iclası keçirilib.
İclasda şuranın sədri professor Ələkbər Əliyev fakültənin Elmi Şurasının 2024-cü il üzrə fəaliyyəti haqqında hesabat və 2025-ci il üzrə iş planı barədə məlumat verdi. Ə.Əliyev məlumat verdi ki, 2025-ci il üçün fəaliyyət planları kafedraların və fakültənin illik fəaliyyətlərinə tam uyğundur. Bu məsələdə müzakirə edildikdən sonra qərara alındı
Sonra tədris işləri üzrə dekan müavini Abbas Mehdiyev çıxış etdi. A.Mehdiyev 2024-2025-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri barədə Elmi Şura üzvlərinə məlumat verdi. O, imtahanda iştirak edən bakalavr, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələrin sayı haqqında, imtahanı müvəffəqiyyətlə verənlərin, akademik borcu olanların, imtahanda iştirak etməyənlərin sayı haqqında məlumat verərək, eyni zamanda ümumi müvəffəqiyyət göstəriciləri, keyfiyyət göstəricilərini qeyd etdi.
Daha sonra cari məsələlər müzakirə edilib.