“Holberton School”un “Generativ Süni İntellekt” təqaüd proqramının qalibi

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin “Kompüter Elmləri” ixtisasında təhsil alan II kurs bakalavr tələbəsi Mehri Quluzadə “Holberton School”un “Generativ Süni İntellekt” (Generative Artificial Intelligence – GenAI) yüzfaizlik təqaüd proqramının qalibi olub. Təqaüd üçün keçirilən imtahanda 100 faiz nəticə göstərib.
“Holberton School” Silikon Vadisi modelinə əsaslanan, innovativ və praktiki metodologiya ilə İKT və proqramlaşdırma sahəsində tədris həyata keçirən beynəlxalq məktəblər şəbəkəsidir. Tədris prosesi qarşılıqlı öyrənmə üsulu ilə təşkil olunur və bu yanaşma tələbələrin komanda şəraitində çalışaraq real layihələr üzərində praktiki bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.
Tələbəmizi təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik