"HUAWEI" ŞİRKƏTİ TƏRƏFİNDƏN MÜKAFAT !

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının dosenti İradə Dadaşova "HUAWEI" şirkəti tərəfindən "HUAWEI watch GT6" ağıllı qol saatı mükafatına layiq görülmüşdür. Belə ki, İnformatika kafedrasının dosentləri İradə Balarza qızı Dadaşova və Natiq Əlövsət oğlu Əliyev HUAWEI-də “HCIA-5G, "Şəbəkə təhlükəsizliyi", "Süni İntellekt", "HCIA-openGauss", "HCIA-openEuler" təlim proqramlarını bitirib final imtahanlarını vermiş və sertifikat almışlar. O cümlədən, HUAWEI-də sinif açaraq tələbələri "Süni İntellekt", "Şəbəkə təhlükəsizliyi", və "5G şəbəkəsinin arxitekturası və əsas texnologiyaları" təlimlərinə cəlb etmişlər. Tələbələr təlim keçmiş və 27 tələbə final imtahanı verərək sertifikat almışlar.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi İnformatika kafedrasının dosenti Dadaşova İradə Balarza qızını bu mükafat münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.