"İnformasiya təhlükəsizliyi" mövzusunda təlim keçirilib.
“BDU Könülləri” Təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyi" mövzusunda təlim keçirilib.
Təlim BDU Könüllüləri Təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə sədri Aminə Məmmədovanın çıxışı ilə başlayıb.
Daha sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının müdiri Mübariz Xəlilov , Azərbaycan Kibertəhlükəsizlik Təşkilatı Assosiasiyasının hüquqşünası Təbriz Cəfərov , Azərbaycan Kibertəhlükəsizlik Təşkilatı Assosiasiyasının Araşdırma və tədqiqat şöbəsinin məsləhətçisi Vüqar Qədimov çıxış edib.
Təlimdə İnformasiya hüququnun əsasları, İnformasiya müharibəsi , kiberhüququn mənbələri, İnformasiya və informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin istiqamətləri kimi mövzular məruzə edilib. Sonda isə mövzu ilə bağlı müzakirə keçirilib, suallar cavablandırılıb.