“İnformasiya təhlükəsizliyi nədir?” mövzusunda seminar keçirilib.
“BDU Könülləri” Təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə könüllülərin təşəbbüsü ilə “İnformasiya təhlükəsizliyi nədir?” mövzusunda seminar keçirilib.
Seminar Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə könüllülərin sədri Aminə Məmmədovanın çıxışı ilə başlayıb.
Daha sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Natiq Quliyev “İnformasiya təhlükəsizliyi nədir?”, “İnformasiya təhlükəsizliyinin vacibliyini və aktuallığını şərtləndirən səbəblər”, “Yarana biləcək risklər və onun necə həll edilməsi” barədə qərarın verilməsi haqqında tələbələrə məlumatlar verib.
Sonda isə mövzu ilə bağlı müzakirə keçirilib, suallar cavablandırıb.