“İqtisadi kibernetika” kafedrasının elmi seminarı keçirilmişdir.
07 aprel 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin “İqtisadi kibernetika” kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Reyhan Şıxlinskaya Yusıf qızı “Qeyri-səlis qərar qəbuletmənin Mamdani sxemi” mövzusunda məruzə etmişdir. Məruzədə Son illər qeyri-müəyyənliklə bağlı proseslərdə qərar qəbuledilməsində məsələlərin həlli üçün yeni üsullar – Soft Kompütinq texnologiyalarına, xüsusi halda qeyri-səlis çoxluqlar nəzəriyyəsinə əsaslanan üsullar təklif olunmaqdadır. Qeyri-səlis qərar qəbuletmə modelləri arasında ən çox istifadə olunan məntiqi çıxarışın Mamdani sxemidir. Seminarda sxem mərhələlər üzrə izah olunmuş və konkter misal üzərində testdən keçirilmişdir.