İqtisadi kibernetika kafedrasının növbəti seminarı keçirildi.
30 oktyabr 2023-cü il tarixində İqtisadi kibernetika kafedrasının növbəti seminarı keçirildi.
Seminarın mövzusu: “Elastiklik əmsallarına nəzərən istehsal funksiyasının bərpası-riyazi nöqteyi nəzərdən tərs məsələ kimi (II hissə)”.
Məruzəçi : İqtisadi kibernetika kafedrasının dosenti Rafiq Quliyev
Xülasə: Mühazirəçi tərəfindən qeyd olundu ki, təqdimatda elastiklik əmsallarına nəzərən istehsal funksiyasının özünün bərpası riyazi nöqteyi nəzərdən tərs məsələ kimi təqdim olunaraq həll prosesinin mərhələlərinin bəzi çətinlikləri aydınlaşdırılmışdır. Göstərilmişdir ki,Kobb-Duqlas tipli istehsal funksiyaları hər iki sabit elastiklik əmsallarına məxsus yeganə istehsal funksiyasıdır.Müasir dövrdə tərs məsələlər o qədər aktualdır ki,demək olar ki,inkişaf etmiş və inkişaf etməkdə olan bütün dünya ölkələrinin elmi strukturlarında bu adda tədqiqatlar kütləviləşməkdədir.
Məruzədə -
İştirak etmişdir: 8 nəfər - 1 professor,4 dosent,3 müəllim