“İxtisaslaşmış Akademik Tədris Proqramı” çərçivəsində Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbələri ilə görüş təşkil olunmuşdur.

14 may 2026-cı il tarixində Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi nəzdində həyata keçirilən, müdafiə sənayesi, hərbi idarəetmə və mühəndislik sahələri üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsinə xidmət edən “İxtisaslaşmış Akademik Tədris Proqramı” çərçivəsində Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformasiya təhlükəsizliyi və Kompüter elmləri ixtisasları üzrə təhsil alan II və III kurs tələbələri ilə görüş təşkil olunmuşdur.
Nazirliyin əməkdaşları proqramın üstünlükləri, təqdim etdiyi imkanlar və iştirak şərtləri barədə ətraflı məlumat verdilər.
Proqram çərçivəsində əsasən aşağıdakı istiqamətlər üzrə tədrisin keçirilməsi nəzərdə tutulur:
- informasiya texnologiyaları;
- kompüter elmləri;
- kibertəhlükəsizlik;
- proqramlaşdırma və alqoritmlər;
- süni intellekt və məlumatların emalı;
- şəbəkə və informasiya təhlükəsizliyi;
- hərbi təyinatlı informasiya sistemləri və idarəetmə texnologiyaları.
Dəqiq fənn siyahısı və tədris planı proqram üzrə rəsmi qəbul elanları zamanı tələbələrə təqdim olunacaqdır. Müraciət və seçim mərhələlərinin yay semestrinin sonu və ya yeni tədris ili ərəfəsində keçirilməsi nəzərdə tutulur. Elanlar təqdim olunduqdan sonra tələbələrə ətraflı məlumat veriləcəkdir.