“KİBERTƏHLÜKƏSİZLİKDƏ DATA ANALİTİKANIN ROLU: TƏHLÜKƏLƏRİN AŞKARLANMASI” mövzusunda Ustad dərs keçirilmişdir

07 may 2026-cı il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Ustad dərs keçirilmişdir. Ustad dərsdə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayəsi Assosiasiyası nəzdində CyberBridge Texnologiya və İnnovasiya Təşəbbüsünün icraçı direktor müavini Arzu Əhmədova və təlimçilər Dəmirova Mədinə, Zülfiqarlı Aysu və Fidan Məlikməmmədova iştirak etmişdilər. Təlimçilər “Kibertəhlükəsizlikdə Data Analitikanın rolu: Təhlükələrin aşkarlanması” mövzusunda məruzə etmişdilər. Məruzəçilər Data analitika sahəsindəki yeniliklərdən, bu sahənin bugünündən və gələcəyindən, ölkə daxilində və ölkə xaricində imkanlarındandan, iş fürsətlərindən, karyera yolundan tələbələrə ətraflı məlumat vermişdilər. Ustad dərsin əsas məqsədi Kibertəhlükəsizlikdə Data Analitikanın rolu haqqında tələbələrin maarifləndirilməsi olmuşdur. O cümlədən “Red Team”, kibertəhlükəsizlik, real hücum ssenariləri və ondan qorunma yolları haqqında geniş məlumat verilmişdir.
Seminarın sonunda təlimçilər seminar iştirakçılarının çox saylı suallarını cavablandırdılar.