Kino Viktorina ” adlı intellektual oyun keçirilib.
“BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi könüllülərinin təşəbbüsü ilə 28 sentyabr tarixində “Kino Viktorina ” adlı intellektual oyun keçirilib.
“BDU könüllüləri” təşkilatının Tətbiqi riyaziyyat və kibernetika fakültəsi üzrə sədri Aminə Məmmədova oyunu açıq elan etdikdən sonra şərtləri izah edib.
7 komandanın (“Evrika”, “Eldorado”, “Power rangers”, “Ölü filmsevərlər dərnəyi”, “Uzaq sahillərdə”, “Jagermaister”, “Lotos” ) mübarizə apardığı oyunda “Uzaq sahillərdə” və “Power rangers” komandaları ən yüksək nəticəni göstərərək müvafiq olaraq I və II yerlərə layiq görülüb.
Sonda isə qalib komandanın üzvləri sertifikatla təltif edilib.