“Lay sistemlərinin süzülməsinin kompüter modelləşdirilməsi monoqrafiyası” çapdan çıxmışdır
Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, dosent Mübariz Xəlilovun “Lay sistemlərinin süzülməsinin kompüter modelləşdirilməsi monoqrafiyası” çapdan çıxmışdır
Monoqrafiyada karbohidrogen yataqlarının işlənməsində müasir innovativ texnologiyaların tətbiqi imkanları, o cümlədən lay proseslərinin fiziki-riyazi, kompüter modelləşdirilməsi və müxtəlif təsir üsullarının hidrotermodinamiki əsaslarının yaradılması sahəsində tədqiqat işlərinin nəticələri təqdim edilmişdir. Süzülmə prosesinin riyazi modeli olan xüsusi törəməli qeyri-xətti diferensial tənlikləri ardıcıl yaxınlaşma , optimal idarəetmə üsulları ilə həlli , indendifikasiya və interpolasiya məsələləri, xüsusi törəməli diferensial tənliklərin sərhəd məsələləri təsvir olunur. Həmçinin, uyğun işlənilmə məsələlərinin effektiv həlli alqoritmi və onların kompüter programlarının hazırlanması yerinə yetirilmişdir.
Monoqrafiyadan proseslərin kompüter modelləşdirilməsi ixtisas üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, dissertantlar həmçinin kompüter modeləşdirilməsi sahəsində elmi tədqiqat işləri aparan mütəxəssislər istifadə edə bilərlər.
Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsi, İnformatika kafedrasının müdiri, texnika elmləri doktoru, dosent Mübariz Xəlilov elmi tədqiqat işlərinin nəticələrinə görə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi “Faydalı model” Patentini almışdır (F20025-0029)