Mübariz Sevdimalı oğlu Xəlilov texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika kafedrasının müdiri Mübariz Sevdimalı oğlu Xəlilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində ED 2.03 saylı Dissertasiya Şurasında (14 oktyabr 2022-ci il) “Dərin qazkondensat yataqlarına qazvari agentlərlə təsiretmədə lay proseslərinin flüidlərinin faza vəziyyətini nəzərə almaqla modelləşdirilməsi” mövzusunda müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyyasının 12 may 2023 cü il tarixli qərarı ilə 2525.01- ixtisası üzrə texnika elmləri doktoru elmi dərəcəsi almışdır.
Bu münasibətlə Mübariz müəllimi təbrik edir, işlərində uğurlar diləyirik!