Niderland Krallığının Rotterdam şəhərində ”Biz qalib xalqıq” adlı bayram tədbirində iştirak etmişdir.
Tətbiqi riyaziyyat və Kibernetika fakultəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasınınin dosenti Ağayeva Mirvari Həsənağa qızı Niderland Krallığının Rotterdam şəhərində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Yeni İl bayramı, Azərbaycan bayrağının bütöv və müstəqil Qarabağımızda dalğalanmasına həsr olunmuş ”Biz qalib xalqıq” adlı bayram tədbirində iştirak etmişdir. Bayram tədbiri, Ana Vətən Avropa Azərbaycanlı Qadınları Birliyi və onun sədri Mayisə Gündoğdu Ağamirzəyevanın, Niderland -Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı və Azərbaycan Diasporunun Dəstək Fondunun dəstəyi ilə keçirilmişdir. Tədbirə Azərbaycan Respublikasının Niderland Krallığındaki səfiri cənab Rəhman Mustafayev və səfirliyin əməkdaşları, Türkiyənin Amsterdamdakı səfiri,Amsterdam Yunus Emrə İnstitusu başqanı Adil Akaltun, əsir və itkin düşmüş , girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsinin işçi qrupunun üzvü Emin Agayev,Türkiyənin Niderland Krallığındaki səfirliyinin əməkdaşları, Türk təşkilatları və İcmaları, Niderland, Belçika və Almaniyada yasayan Azərbaycanlılar ilə yanaşı, Cənubi Azərbaycanlı soydaşlarımız da qatılmışdılar.