PAŞA Sığorta şirkəti sığorta tələbələr üçün sessiya təşkil etmişdir.
24 aprel 2025-ci il tarixində BDU-da Tətbiqi riyaziyyat və kibernetika fakültəsində PAŞA Sığorta şirkəti sığorta sahəsində maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq Bakı Dövlət Universitetinin tələbələri üçün sessiya təşkil etmişdir.
Sessiyanı fakültənin dekanı Ələkbər Əliyev açıq elan etmiş və belə əməkdaşlığın vacibliyini və davamlı olmasını qeyd etmişdir. Sonra tədbirdə şirkətin nümayəndələri Gültən Hacıyeva və Nərgiz Məmmədova tərəfindən sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə aktual trendlər barədə ətraflı məlumat verilmiş, eyni zamanda PAŞA Sığorta şirkətinin təqdim etdiyi məhsullar barədə təqdimat keçirilmişdir.
Sessiyada tələbələrin sualları cavablandırılmış, həmçinin şirkətin İstedadların Cəlb Edilməsi Şöbəsinin nümayəndələri Fuad Vəzirov və Şəhla Xudiyeva PAŞA Sığortada mövcud olan karyera imkanları haqqında ətraflı məlumat vermişlər. Tədbirin sonunda tələbələr arasında interaktiv yarışma keçirilmiş və qalib olan iştirakçılar mükafatlandırılmışlar.