Rafiq Quliyev “İqtisadiyyatda istehsal faktorlarına nəzərən istehsal funksiyalarının bərpaolunma prinsipləri” mövzusunda ustad dərsi vermişdi
24 noyabr 2023 cü il tarixində Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində ustad dərsi keçirilmişdir. Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Respublikasının əməkdar müəllimi Rafiq Quliyev “İqtisadiyyatda istehsal faktorlarına nəzərən istehsal funksiyalarının bərpaolunma prinsipləri” mövzusunda ustad dərsi vermişdir.
İqtisadi proseslərin ümumi xassələrini və qanunauyğunluqlarını riyazi modellərin köməyi ilə izah edərək iqtisadi-riyazi modellərin tətbiqinin əhəmiyyətini tələbələrə çatdırdı. Bununla yanaşı ustad dərsində istehsal amillərinin təhlili, istehsal funksiyasının riyazi təsviri və xassələri ətraflı izah edildi. İqtisadiyyatda istehsal faktorlarına nəzərən istehsal funksiyalarının bərpaolunma prinsipləri nəzəri və tətbiqi iqtisadi nümunələrlə göstərildi.
Ustad dərsi mövzu ətrafında tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdırıb.