Riyazi fizika tənlikləri kafedrasında növbəti elmi seminar keçirilmişdir. Seminarda

Bakı Dövlət Universitetin Riyazi fizika tənlikləri kafedrasında növbəti elmi seminar keçirilmişdir. Seminarda məruzə ilə kafedranın dosenti Zakir Xankişiyev çıxış etmişdir.
Məruzənin mövzusu “Dörd tərtibli xüsusi törəməli diferensial tənlik üçün sərhəd şərtlərində məchul funksiyanın yüksək tərtibli xüsusi törəməli iştirak edən bir məsələnin sonlu fərqlər üsulu ilə həlli” olmuşdur. Məruzədə baxılan məsələnin yüksək tərtibdən aproksimasiya edən fərq məsələsi qurulmuş, həmin fərq məsələsinin həll üsulu təqdim edilmişdir. Eyni zamanda, təklif olunan həll üsulunun korrektliyi və dayanıqlığı üçün kafi şərtlər müəyyən edilmişdir. Mövzu çərçivəsində məsələnin riyazi qoyuluşu və nəzəri əsasları ətraflı şəkildə izah olunmuş, əldə edilən nəticələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Seminarda kafedranın bütün əməkdaşları iştirak etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, seminarda Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodologiyası kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanov da iştirak etmişdir.
Məruzə ətrafında geniş müzakirələr aparılmış, iştirakçıların sualları məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.