Riyazi fizika tənlikləri kafedrasının növbəti seminarı keçirildi.
25 aprel 2023-ci il tarixində Riyazi fizika tənlikləri kafedrasının növbəti seminarı keçirildi.
Seminarın mövzusu: Tipini dəyişən dörd tərtibli xüsusi törəməli diferensial tənlik üçün bir qarışıq məsələnin həlli.
Məruzəçi: dos. S.Z. Əhmədov
X Ü L A S Ə
Dörd tərtibli xüsusi törəməli diferensial tənlik üçün məsələlərə təbiətşünaslığın bir çox sahələrində rast gəlinir.
Bu tipli məsələlərin həllində, baxılan diferensial tənliyin şəklindən və əlavə şərtlərin qoyuluşundan asılı olaraq müəyyən çətinliklər meydana çıxır.
Seminarda dörd tərtibli xüsusi törəməli diferensial tənlik üçün bir qarışıq məsələlərin çıxıqlar üsulu ilə həlli müzakirə olunub.
Baxılan tənlik tipini parabolikdən anti-parabolikə dəyişdiyindən, məsələnnin həllində bir sıra çətinliklər meydana çıxır.
Məsələnin həllinin olması üçün tapılan kafi şərtlər seminar iştrakçıların diqqətinə çatdırılıb.