Riyazi fizika tənlikləri kafedrasının növbəti seminarı keçirilib
18 aprel 2023-cü il tarixində Riyazi fizika tənlikləri kafedrasının növbəti seminarında fakültənin aspirantı Vəliyeva Sevinc Rəhim qızının “Laylanmış mayedə dalğaların yayılması, dispersiyası və difraksiyasının riyazi təhlili (Математический анализ распространения, дисперсии и дифракции волн в стратифицированной жидкости”) mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir. Vəliyeva Sevinc dissertasiyanın əsas nəticələri ilə seminar iştirakçılarını tanış etmiş və verilən suaları cavablandırmışdır. İclasın sədri, kafedra müdiri akademik Yusif Məmmədov, kafedranın dosentləri Zakir Xankişiyev, Hikmət Əhmədov, Saleh Əhmədov, Aygün Abbasova və elmi rəhbər, professor Nihan Əliyev dissertasiya işi haqqında öz fikirlərini bildirmişdilər. Qərara alınmışdır ki, dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının tələblərinə cavab verir və onu növbəti mərhələyə buraxmaq olar.