“Riyazi fizika tənlikləri” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir.
16 mart 2021 ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Riyazi fizika tənlikləri” kafedrasınin Teams platforması üzərindən növbəti online elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, akademik Yusif Məmmədov “ Adi diferensial operatorların spektral nəzəriyyəsinin bəzi klassik problemləri” mövzusunda məruzə etmişdir
Məruzəçi indiyə qədər həll olunmamış klassik bir problem-Birkhoff mənada xarakteristik tənliyin köklərinin arqumenti sabit olmadığı halda iki tərtibli adi diferensial operator üçün məxsusi ədədlərin varlığı, hesabi sayda olması və asimptotikası haqqında məsələnin həlli və spektral nəzəriyyənin bəzi digər problemləri haqqında ətraflı məlumat vermişdir. Elmi seminar mövzu ətrafında sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.