“Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
15 mart 2024-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin “Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müdiri, prof. Mənsimov Kamil Bayraməli oğlu “Volterra tipli inteqro-diferensial və fərq tənlikləri ilə təsvir olunan iki mərhələli diskret-kəsilməz optimal idarə etmə məsələsində optimallıq üçün 1-ci və 2-ci tərtib zəruri şərtlər” mövzusunda məruzə etmişdir. Məruzədə müxtəlif zaman parçalarında (kəsilməz və diskret) Volterra tip inteqro tənliklər sistemi və volterra tip fərq tənlikləri ilə təsvir olunan bir pilləvari optimal idarəetmə məsələsinə baxılır. Artım üsulunun bir təkmilləşdirmək tətbiq edərək optimallıq üçün müxtəlif fərziyələr daxilində konstyuker yoxlanıla bilən 1-ci və 2-ci tərtib optimallıq şərtləri alınmışdır.