"Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
22 may 2023-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin "Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın f.r.e.n., dos. Abdullayev Aqşin Əbil oğlu “ Zaman şkalasında verilmiş adi differensial tənliklər sistemi ilə təsvir olunmuş bir idarə məsələsində optimallıq şərtinin alınması” mövzusunda məruzə etmişdir. Məruzədə Zaman şkalsında bir sıra riyazi anlayışlarrin verilməsi, idarəetmə məsələlərində istifadə olunan terminlərin daxil edilməsi, adi difrensial tənliklərlə təsvir olunmuş bir idarə məsələsində optimallıq üçün şərtin alınması istiqamətində aparılan elmi işlər haqqında məlumat verilmiş, alınmış nəticələrin qısa xülasəsi təqdim olunmuşdur. Həmçinin alınmış zəruri şərtlərin cırlaşması halında qoyulmuş məsələnin həlli istiqamətində hansı işlər aparılmasının planlaşdırılması qeyd olunmuşdur.