“Riyazi kibernetika” kafedrasinin növbəti seminari keçirildi.
16 noyabr 2023-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın dosenti Həmidov Sabir İsa oğlu “Bir istehlakçı məsələsi ” mövzusunda məruzə etmişdir. Məruzədə Neyman tipli diskret iqtisadi dinamika modelinə baxılır. Modelin tarazlıq vəziyyəti müəyyən edilir. İsbat olunur ki, əgər trayektoriya istehlakçı məsələsinin həlli olarsa onda tarazlıq vəziyyəti var.
Məruzənin adı: “İqtisadi dinamika modellərin effektiv trayektoriyaları”
Xülasə:
Çoxqiymətli inikaslar vasitəsilə verilmiş neyman tipli diskert iqtisadi dinamika modellərinin trayektoriyalarının effektivliyi tədqiq olnur. Trayektorinaın təsviri verilmiş və effektivlik üçün zəruri və kafi şərt tapılmışdır.
İştirak etmişdir: 7 nəfər: 1 professor, 4 dosent, 1 müəllim, 1 laborant