"Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
07 dekabr 2023-cü il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin "Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın f.r.e.n., dos. Abdullayev Aqşin Əbil oğlu “Volterra tip inteqral tənliklərlə təsvir olunan bir hamar olmayan optimal idarəetmə məsələsinin tətqiqi” mövzusunda məruzə etmişdir. Məruzədə istiqamətə görə törəmə mənasında optimallıq üçün bir neçə zəruri şərtlər isbat edilmişdir. Belə ki, optimallıq şərtinin tapılması zamanı Demyanov mənasında kvazidiferensial anlayışından istifadə edilmiş, Hamilton-Pontryagin funksiyasının analoqu tapılmış və terminal funksiyanın kvazidiferensiallığı şərti daxilində optimallıq üçün zəruri şərt isbat edilmişdir.