RobotChallenge yarışması ilə bağlı 2 mart 2026 12:00 tarixində BDU-nun Tələbə İnkişaf Mərkəzində infosessiya keçiriləcəkdir.

RobotChallenge yarışması ilə bağlı 2 mart 2026 12:00 tarixində BDU-nun Tələbə İnkişaf Mərkəzində infosessiya keçiriləcəkdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azercell - in əsas dəstəyi ilə Dünyanın ən böyük və ən prestijli robototexnika yarışmalarından biri olan RobotChallenge artıq Azərbaycanda! RobotChallenge — 2004-cü ildən keçirilən və 80-dən çox ölkədən minlərlə iştirakçını bir araya gətirən qlobal texnologiya festivalıdır
Burada iştirak edən komandalar öz robotlarını sıfırdan dizayn edir, proqramlaşdırır və beynəlxalq arenada sınağa çıxarır. Bu, yalnız bir yarışma deyil — gələcəyin mühəndisləri, ixtiraçıları və texnologiya liderləri üçün atılan böyük bir addımdır.
Qaliblər isə Çində keçiriləcək möhtəşəm beynəlxalq finalda Azərbaycanı təmsil edəcək.