Şəhidimiz Eyyubov Tural Yadulla oglunun anım günüdur
Vətən müharibəsi dövründə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman şəhidlərimizi hər zaman anmaq, onların valideyn və yaxınlarının problemlərini həll etmək, yaralanmış qazilərimizə baş çəkmək, ziyarətlərinə getmək, problemlərini imkan daxilində həll etməyə köməklik göstərmək, qulluqlarında durmaq hər birimizin vətəndaşlıq borcudur.
Bu gün II Qarabağ müharibəsində şəhid olmuş Eyyubov Tural Yadulla oğlunun anım günudu.
25.10.2021-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan və torpaqlarımızın işğaldan azad edilməsində canını qurban verən şəhidimiz Eyyubov Tural Yadulla oglunun anım günüdur.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinində dekan akademik Mehdiyev Məhəmməd Fərman oğlu, dekan müavinləri dosent Mirzəyev Fərhad Əlif oğlu, dosent Cabrayılov Şamo İsax oğlu və fakültənin tələbələri II Qarabağ müharibəsinin şəhidi Eyyubov Tural Yadulla oglunun xatirəsini dərin hūznlə yad etdilər. Heç vaxt şəhidlərimiz unudulmayacaq. “Şəhidlər ölməz, Vətən bölünməz!” “QARABAĞ AZƏRBAYCANDIR!” Allah rəhmət eləsin!