Riyazi kibernetika” kafedrasının elmi seminarı keçirilmişdir.
07 aprel 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin “Riyazi kibernetika” kafedrasının elmi seminarı keçirilmişdir. Seminarda kafedranın müəllimi Məstəliyev Rəşad Oktay oğlu “Stoxastik Qursa-darbu sistemləri ilə təsvir olunan optimal idarəetmə məsələsində optimallıq şərtləri mövzusunda məruzə etmişdir. Məruzədə Qeyri xətti iki tərtibli hiperbolik tip tənliklər sistemi və Qursa –Darbu sərhəd şərtləri ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılır.Optimallıq üçün xəttləşdirilmiş maksimum tipli zəruri şərt isbat edilmişdir.Ayrıca olaraq bu zəruri şərtin cırlaşdığı hal yəni Kvazi məxsusi hal tətqiq edilmişdir.