“Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir.
03 mart 2025-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin “Riyazi kibernetika” kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda kafedranın prof. Məmmədov Knyaz Şiraslan oğlu “Çanta məsələsində həm sağ tərəfə, həm funksional əmsallarına həm də məhdudiyyət əmsallarına görə zəmanətli həllin tapılması” mövzusunda məruzə etmişdir. Məruzədə çanta məsələsinin bütün əmsallarının minimal dəyişilməsi ( artırılıb yaxud azadılması) hesabına yekunda elə həll tapılır ki bu həll məqsəd funksiyasına əvvəlcədən qeyd olunmuş ədəddən böyük qiymət almasına zəmanət verilir.Bu məqsədlə məsəslənin parametrlərinin müəyyən dəyişmə intervalları təyin olunur. Zəmanətli həllin tapılması üçün həmin intervallarda axtarış aparır.