“SÜNİ İNTELLEKTƏ QARŞI DAVAMLI STEQANOQRAFİYANIN QURULMASI” MÖVZUSUNDA USTAD DƏRS

14 aprel 2026-cı il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində praktiki tədqiqatçı Novruz Mübarizin “Süni intellektə qarşı davamlı steqanoqrafiyanın qurulması” mövzusunda ustad dərsi olmuşdur.
Məruzəçi innovativ həllər üzrə consultant, informasiya təhlükəsizliyi problemləri üzrə tətbiqi tədqiqatçı Novruz Mübariz, öz çıxışında steqanoqrafiya, kriptoqrafik şifrələmə kombinatorikası, məxfi informasiya resursları, dövlət sirri, şəxsi və biometrik məlumatlar, iqtisadi və strateji məlumatlar, kibertəhlükəsizlik və infrastruktur məlumatları barədə ətraflı məlumat verdi. Həmçinin informasiyanın mühafizəsinin texniki və təşkilatı üsullarını şərh etdi. Burada mətn əsaslı linqvistik steqanoqrafiya və onların tətbiqinə dair nümunələr gətirdi. Müəllif semantik mətn steqanoqrafiyası, dekodlama, mövzu əsaslı kodlama, açıq kanal üzərindən gizli kommunikasiya, koordinasiyalı gizli kommunikasiya modelləri, koordinasiyalı gizli kommunikasiya modellərinin aşkarlanması, manual decoding hipotezi, steqo analiz, linqivistik və semantik steqo analiz, süni intellekt əsaslı steqo analiz, steqo analiz sistemləri haqqında məlumat verdi.
Ustad dərsin sonunda Novruz Mübariz seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.