“Tələbə Basketbol Liqası”nda uğurlu çıxışını davam etdirərək növbəti mərhələyə yüksəlib.

Bakı Dövlət Universitetinin basketbol komandası “Tələbə Basketbol Liqası”nda uğurlu çıxışını davam etdirərək növbəti mərhələyə yüksəlib.
Azərbaycan Basketbol Federasiyası tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan liqada Bakı Dövlət Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını 54:37 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri Cəmil Şükürov, Nikita Profatilov, Nizami Həbibli basketbol komandasının üzvləridir.
Komandamız oyun ərzində yüksək komanda ruhu və peşəkarlıq nümayiş etdirib.
Bakı Dövlət Universitetinin komandasına növbəti mərhələlərdə uğurlar arzulayırıq!