Tələbələrin istehsalat təcrübəsinin yekunlarına dair dinlənmə keçirilib

22 iyun tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində istehsalat təcrübəsini başa vuran tələbələrin yekun hesabatlarının dinlənilməsi təşkil olunub.
Dinlənmə zamanı tələbələr təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar, iştirak etdikləri layihələr, qarşılaşdıqları praktiki məsələlər və qazandıqları peşəkar təcrübə barədə təqdimatlarla çıxış ediblər. Fakültə rəhbərliyi və müəllimlər təqdim olunan hesabatları dinləyərək tələbələrin fəaliyyətini qiymətləndirib, onlara müvafiq tövsiyələrini veriblər.
Tədbirin əsas məqsədi istehsalat təcrübəsinin nəticələrinin qiymətləndirilməsi, tələbələrin praktiki hazırlıq səviyyəsinin müəyyən edilməsi və gələcək peşə fəaliyyətləri üçün əldə etdikləri təcrübənin müzakirəsi olub.