Tətbiqi analizin riyazi üsulları kafedrasının on-line Elmi Seminarı keçirilmişdir.
29.03.2021 tarixində saat 1400-da Tətbiqi analizin riyazi üsulları kafedrasının Teams platforması üzərində on-line Elmi Seminarı keçirilmişdir. Seminarda kafedra müdiri, mexanika üzrə elmlər doktoru, prof. əvəzi Fətullayeva Laura Faiq qızı “Çoxlayli, qeyri-xətti elastiki, ekssentrik halqanin limit vəziyyəti” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, xaricdən təsir edən müntəzəm təzyiqə məruz qalmış, qeyri-xətti elastiki materialdan hazırlanmış, çoxlaylı ekssentrik halqanın limit vəziyyətinin tədqiqi mexanikada aktual problemlərdən biridir. Belə tədqiqatların əsas xüsusiyyəti ondan ibarətdir ki, bir çox hallarda tədqiqat obyektini müxtəlif qalınlıqlı qəbul etmək lazım gəlir. Ona görə də qabarma zamanı böhran qüvvənin müxtəlif qalınlığı xarakterizə edən parametrdən asılılığının hesablanması əhəmiyyət kəsb edir. Məruzə başa çatdıqdan sonra məruzəçiyə müxtəlif suallar verildi