Tətbiqi riyaziyyat və kibernetika və Jurnalistika fakültələrinin tələbə futbol klubları arasında yarışma keçirilirdi.
Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika və Jurnalistika fakültələrinin tələbə futbol klubları arasında yarışma keçirilirdi. Oyunda hər iki fakültələrin müəllim tələbə azarkeşləri öz fakültələrinin komandasına dəstək olmaq üçün iştirak etmişdilər.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsi komandası 7:1 hesabla Jurnalistika fakültəsinin futbol komandasına qalib gəlmişdilər. Oyundan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Abbas Mehdiyev fakültənin komandası ilə görüşdü.
Tələbələri bu uğurla təbrik etdi və öz adından və fakültənin müəllim tələbə heyyəti adından təşəkkür etdi. Fakültə rəhbərliyi gələcəkdə daha geniş miqyaslı yarışların təşkil olunacağını və bu cür tədbirlərin tələbələrin sosial həyatına müsbət təsir etdiyini qeyd etdi.