World Urban Forum 13 (WUF13) BMT-nin Məskunlaşma Proqramı

Bu il Bakıda keçirilən World Urban Forum 13 (WUF13) BMT-nin Məskunlaşma Proqramı — (UN-Habitat) tərəfindən təşkil olunan və qlobal şəhərsalma problemlərinin müzakirəsinə həsr edilmiş ən nüfuzlu beynəlxalq platformalardan biridir. Forumda şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya prosesləri, ekoloji tarazlıq, rəqəmsal transformasiya və “ağıllı şəhər” modellərinin tətbiqi kimi mühüm mövzular üzrə dünya ölkələrinin nümayəndələri, ekspertlər və beynəlxalq təşkilatlar fikir mübadiləsi aparırlar.
WUF13 çərçivəsində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru iştirak edən dövlət və hökumət nümayəndə heyətlərinin rəhbərlərini qarşılamışlar. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, WUF13, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışındakı çıxışı zamanı toxunduğu əsas məqamlar Azərbaycanda şəhərsalmanın sürətli inkişafı, bu tədbirin ölkə üçün qlobal əhəmiyyəti və qlobal mənzil böhranı problemləri olmuşdur.
Forum çərçivəsində Bakı Dövlət Universiteti əməkdaşları İradə Dadaşova və Yasəmən Hüseynova da tədbirdə iştirak etmiş, müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını izləyərək şəhərsalma, rəqəmsal transformasiya, yaşıl inkişaf və gələcəyin şəhərləri mövzularında aparılan müzakirələrlə yaxından tanış olmuşlar.