XOCALI SOYQIRIMI
26 fevral 2021-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının Teams platforması üzərindən növbəti onlayn iclası keçirilib. İclasda iştirak edən kafedra əməkdaşları və ikinci kurs magistrantlar tərəfindən “Xocalı soyqırımı” qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi yad edilib. İclasa sədrlik edən professor Ələkbər Əliyev qeyd edib ki, kafedrada magistratura səviyyəsində “Kompüter Elmləri” ixtisasının 2 ixtisaslaşması üzrə 10 magistrant ikinci kursda təhsil alır. Magistrantların hamısının elmi rəhbərləri və dissertasiya mövzuları 17 oktyabr 2019-cu il tarixli iclasın (Protokol №3) qərarı ilə təsdiq edilib. 16 fevral 2021-ci il tarixindən etibarən bir ay ərzində kafedranın 2-ci kurs magistrantları on-line formada elmi-tədqiqat təcrübəsi keçir. Daha sonra magistrantların hər biri elmi-tədqiqat təcrübəsində görülmüş işlər haqqında məlumat verib.
Kafedranın ikinci kurs magistrantı Nihad Məmmədov “Axtarış sistemlərində sorğuların təşkilini asanlaşdırmaq üçün süni intellekt texnologiyalarının tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədən sonra ona suallar verilib və məruzəçi sualları ətraflı cavablandırıb. Daha sonra kafedra əməkdaşları öz təklif və tövsiyyələrini məruzəçiyə bildirdilər.