Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunmuş tədbir keçirildi.
Bu gün 25.02.2021-ci il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində dekan müavini dosent Cabrayılov Şamo İsax oğlu Xocalı Soyqırımı ilə bağlı online görüş kecirdi.
Göruşdə Tətbiqi riyaziyyat və kibernetika, Mexanika Riyaziyyat və Tarix fakültənin tələbələri və müəllimləri ilə bir yerdə Qazilərimizdə iştirak etmişdi.
Tədbiri Tarix fakültənin Əziz Boran Orduxan oğlu müəllim açdı və ətraflı 26.02.1992-ci ildə baş vermiş Xocalı Soyqırımı haqqında məlumat verdi. Çox aydın şəkildə müharibə gedişatı, ermənilərin düşmənçiliklə bizim əhaliyə rəftarından danışdı. Bizim necə güclü və vətənpərvər bir Xalq olduğumuzdan danışdı.
Sonra söz Mexanika-Riyaziyyat fakültəsin dosenti Rzayev Etibar müəllimə verildi və o da, erməni vəhşiliyindən, günahsızca tökülən qandan danışdı, xalqımıza qarşı edilən alçaq və amansız soyqırımı unutmamağı vurğuladı.
Eyni zamanda soydaşlarımızın çəkdiyi əziyyətlərdən və üzləşdiyi çətinlikdən bəhs edən Şamo müəllim Xocalı faciəsi haqqında olan məlumatları hər zaman gələcək nəsillərə ötürməyin vacib olduğunu bir daha vurğuladı.
Sonra Bakı Dövlət Universitetin cəsur tələbələrindən olan qazilərimiz Alimov Tural Balarza oğlu və Əliyev Taleh Zaur oğluna söz verildi, onlar bir daha müharibə haqqında tələbələrə öz təəssüratlarından danışdılar. Həqiqətən çox tükürpədici hadisələr idi, və biz bir daha əmin olduq ki, erməni faşizmi ağlasığmaz dərəcədə dəhşətlidir. Bizim mərd oğullarımız layiqincə düşmənlərin cavabın verib, onları məğlub etdilər. Qazılərimiz “Biz fəxr edirik ki, bizim İlham Əliyev kimi prezidentimiz, belə mərd oğullarımız var və belə birliyi olan bir ölkədə yaşayırıq” soylədilər. “Qan yaddasımızı unutmamalıyıq, Xocalı faciəsində neçə günahsız insanları qətlə yetirdilər. Bir xalq olaraq heç vaxt öz tariximizi unutmamalıyıq” dedilər qazilərimiz.
Dekan müavini Şamo müəllim başda olmaqla, Xocalı faciəsini anaraq, şəhidlərimizin ruhunu bir daha yad etdik. Görüş Xocalı soyqırımı ilə bağlı olan vidioçarxın nümayiş etdirilməsi ilə sonuclandı. Torpaqlarımızın azad olunmasına baxmayaraq, bu soyqırımı unutdurmayaq, cünki Xocalı faciəsi əsrin faciəsidir.