“XÜSUSİ SÜNİ İNTELLEKTDƏN SUPER SÜNİ İNTELLEKTƏ DOĞRU: TƏKAMÜL VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA USTAD DƏRS

03 mart 2026-cı il tarixində Tətbiqi riyaziyyat və kibernetika fakültəsində AMEA-nın muxbir üzvü, texnika elmləri doktoru, İnformasiya texnologiyaları institutunun şöbə müdiri Ramiz Alquliyevin “Xüsusi Süni İntellektdən Super Süni İntellektə Doğru: Təkamül və Perspektivlər” mövzusunda ustad dərsi olmuşdur.
Məruzəçi süni intellektin keçdiyi yol və onun gələcəkdə bizi hara aparacağı haqqında geniş məruzə etdi. O qeyd etdi ki, hazırda istifadə etdiyimiz sistemlər Xüsusi Süni İntellekt mərhələsinə aiddir. Bu sistemlər yalnız konkret tapşırıqları yerinə yetirir -məsələn, səs tanıma, tibbi diaqnostika və ya avtonom nəqliyyat idarəsi və s. Onlar çox effektivdir, lakin yalnız bir sahədə fəaliyyət göstərə bilirlər. Dünyanın aparıcı texnologiya mərkəzləri, o cümlədən OpenAI və DeepMind artıq növbəti mərhələ - Ümumi Süni İntellekt üzərində çalışırlar. Ümumi Süni İntellekt insan kimi düşünə, öyrənə və müxtəlif sahələrdə qərar verə bilən sistem deməkdir. Bu mərhələ reallaşarsa, texnologiya tarixində tamamilə yeni bir dövr başlayacaq. Lakin daha irəli bir anlayış da mövcuddur - Super Süni İntellekt. Bu, insan zəkasını bütün sahələrdə üstələyə bilən sistemdir.
Əsas sual budur: Texnologiya bizi idarə edəcək, yoxsa biz texnologiyanı? Nəticə olaraq, süni intellektin gələcəyi onun inkişaf sürətindən deyil, onu necə idarə edəcəyimizdən asılıdır.
Məruzəçi həmçinin süni intellektin perspektiv və risklərindən də ətraflı danışdı.
Ustad dərsin sonunda Ramiz Alquliyev seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.