YUBİLEYİNİZ MÜBARƏK OLSUN!
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Orucova Tutu Vaqif qızının 13 iyul 2025-ci il tarixində 50 yaşı tamam olur
Orucova Tutu Vaqif qızı 1975-ci il iyulun 13-də Bakı şəhərində anadan olub. 1982-1992-ci illərdə 45 saylı Bakı şəhər orta məktəbdə oxuyub və həmin məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini müvəffəqiyyətlə bitirib.
2008-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində «Davamlı insan inkişafının əsas aspektlərinin təhlili və modelləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
1997-2011-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında əvvəlcə laborant, sonra isə baş laborant vəzifələrində işləyib. 2011-ci ildən müəllim, 2017-ci ildən hal-hazıra qədər həmin kafedrada dosent vəzifəsində işləyir.
2 dərs vəsaitinin, 6 proqram və 40-dan çox elmi əsərin müəllifidir. Kompüter şəbəkələri, paylanmış sistemlərdə iqtisadi informasiyanın emalı, paylanmış verilənlər bazası və s. onun tədqiqat sahəsidir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 50 illik yubileyi münasibətilə dosent Orucova Tutu Vaqif qızını səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.