YUBİLEYİNİZ MÜBARƏK OLSUN!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Şıxlinskaya Reyhan Yusif qızının 13 noyabr 2025-ci il tarixində 60 yaşı tamam olur.
Şıxlinskaya Reyhan Yusif qızı 1965-ci il noyabrın 13-də anadan olub. 1972-1982-ci illərdə Bakı şəhəri 5 saylı orta məktəbdə oxuyub. 1982-1987-ci illərdə BDU-un tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1990-cı ildən BDU-da işləyir.
2007-ci ildə ”Fazi ədədlər üçün səviyyələr üzrə ağırlıqlı ortalama üsulunun analizi və fazi modellərə tətbiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2014-cü ildə kompüter elmləri ixtisası üzrə dosent elmi adını alıb.
60-dan çox məqalənin və 3 dərs vəsaitinin müəllifidir. Soft computinq, qeyri-səlis məntiq, neyron şəbəkələr, intellektual sistemlər, qeyri-səlis modellər və s. onun tədqiqat sahələridir. Bakalavr, magistr pillələrində və SABAH qruplarında Soft computing nəzəriyyəsi, Qeyri-səlis məntiq nəzəriyyəsi, İntellektual idarəetmə sistemləri, Neyrofazi texnologiyaları və ekspert sistemləri, Qeyri səlis sığorta modelləri, İqtisadi fəaliyyətdə qeyri-müəyyənliklərin iqtisadi analizi və s. fənləri tədris edir.
Reyhan Yusif qızı Şıxlinskaya 1995-ci ildən bədii yaradıcılıqla da məşğuldur. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yüzdən çox povest və hekayənin, nağıl və poemanın, elmi-kütləvi və elmi-fantastik kitablar seriyasının müəllifidir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 60 illik yubileyi münasibətilə dosent Şıxlinskaya Reyhan Yusif qızını səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.