Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Hacıyev Rəmzi Niyazi oğlunun 27 mart 2026-cı il tarixində 75 yaşı tamam olur.
Hacıyev Rəmzi Niyazi oğlu 1951-ci il martın 27-də anadan olub. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra BDU-nun mexanika riyaziyyat fakültəsinə daxil olmuş və 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1972-1974-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1974-cü ildən BDU-nun Hesablama mərkəzində proqramçı, böyük proqramçı, aparıcı proqramçı, qrup rəhbəri, şöbə müdiri və direktor müavini vəzifələrində işləmişdir. 1982-ci ildən hal-hazıra kimi BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsində çalışır.
40-dan çox elmi əsərin müəllifidir. İnformatikanın alqoritmləşdirmə və proqramlaşdırma istiqamətində tədrisi, iqtisadi sistemlərin layihələndirilməsi onun tədqiqat sahələridir. Bakalavr pilləsində Proqramlaşdırmanın əsasları, Proqramlaşdırma texnologiyası, Alqoritmlərin hazırlanması və analizi və s. fənləri tədris edir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi 75 illik yubileyi münasibətilə baş müəllim Hacıyev Rəmzi Niyazi oğlunu səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edir.