Yubileyinizi təbrik edirik!

07.05.2026-ci il tarixində fakultəmizin ömrünü tələbəlik illərindən Bakı Dövlət Universitetinə bağlamış əməkdaşlarından olan Mina Vaqif qızı Kərimovanın 50 illik yubileyidir. Mina xanım 7 may 1976 –ci ildə, təbiətin ən gözəl fəsillərindən olan, yaz fəslində ziyalı ailəsində dünyaya göz açıb. Hər kəsin bir ömür payı, tale yazısı var. O, 1983-cü ildə otra məktəbdə təhsilə ilk addımlarını atıb. Bakı şəhəri 202 saylı otra məktəbi yüksək göstəricilərlə bitirib elmin növbəti pilləsinə addım ataraq, eyni ildə həm Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinin axşam şöbəsinə və Tibb Kolecinin əyani şöbəsinə daxil olub. 1996-cı ildən Tətbiqi riyaziyyat və kibernetika fakultəsində, ixtisasına uyğun olaraq, əmək fəaliyyətinə mühəndis proqramçı kimi başlayıb.1999-cu ildə Tətbiqi riyaziyyat və kibernetika fakultəsindən məzun olub. Mina xanımın ömür payının ən gözəl, xoşbəxt , məhsuldar illəri doğma Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ilə bağlıır. Və daima öz işi və mehriban, səmimi kollektivi ilə qürur duyur. Hal hazırda öz ixtisası ilə yanaşı, tibb, Kliniki Tibbi dientoloq və Qida Əlavələri üzrə Türkiyə Respublikasında online təhsil alıb. Mina xanım eyni zamanda uşaqlıqdan, poeziya vurğunu olduğu üçün müxtəlif yazıların müəllifidir. Tək oğlu Türkiyə Respublikasının Universitetində Tibb ixtisası üzrə ali təhsil alır. Arzusu övladını savadlı, işinin peşəkarı olan həkim kimi yetişib, Azərbaycan Respublikasını təmsil etməkdir.
Fakültəmizin kollektivi adından Mina xanıma sağlam, bərəkətli və xoş günlərlə dolu ömür payı arzulayırıq! Xoş arzular diləyilə, yeni yaşınızı təbrik edir və həyatda bol bol uğurlar arzulayırıq!