Yubileyinizi təbrik edirik!

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tyutoru Vəliyeva Sevda Mustafa qızının 7 avqust tarixində 50 yaşı tamam olur.
1976-cı il avqustun 7-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bakalavr, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 1999-cu ildə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsində iqtisadçı kimi başlamışdır. 2002–2009-cu illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş laborant vəzifəsində çalışmış, 2009-cu ildən etibarən isə fakültənin tyutoru kimi fəaliyyətini davam etdirir.
Əmək fəaliyyəti boyunca peşəkar inkişafı istiqamətində müxtəlif təlim və kurslarda iştirak etmişdir. 2008–2009-cu illərdə “Cənubi Qafqazda e-Cəmiyyətlərin İnkişafı” layihəsi çərçivəsində təşkil olunan ixtisasartırma təlimlərini uğurla başa vurmuş, 2009-cu ildə isə Azərbaycan Aktuar Tədris Proqramı çərçivəsində keçirilən “Aktuar riyaziyyatın, etikanın və statistikanın əsasları” mövzusunda kursda iştirak etmişdir. Həmçinin iqtisadiyyat sahəsinə dair elmi araşdırmalar aparmış və elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi Vəliyeva Sevda Mustafa qızını 50 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayır.