Yubileyinizi təbrik edirik!
21 İyul 2026 08:00

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi, dosent Əhmədov Hikmət İnşalla oğlunun 21 iyul tarixində 60 yaşı tamam olur.
1966-cı il iyulun 21-də Biləsuvar şəhərində anadan olmuşdur.1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində ali təhsil almış, 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasında aspiranturada təhsil almış, 1997-ci ildə “Differensial tənliklər” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasında müəllim kimi başlamış, 2000–2008-ci illərdə baş müəllim, 2008-ci ildən isə həmin kafedranın dosenti vəzifəsində çalışır. Uzun illərdir ki, elmi-pedaqoji fəaliyyəti ilə universitetdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr verir.
Onun elmi tədqiqat istiqamətləri xüsusi törəməli diferensial tənliklərin həlli üsulları və adi diferensial operatorların spektral nəzəriyyəsini əhatə edir. Bu sahələr üzrə elmi araşdırmalar aparmış, müxtəlif elmi əsərlərin müəllifi olmuşdur.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kollektivi dosent Əhmədov Hikməti 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayır.
Son XƏBƏRLƏR
24.07.2026 | 19:05
Məzunumuz dünyanın aparıcı universitetlərindən birinə qəbul olub.
06.07.2026 | 11:55
Akademik Məcid Rəsulovun dögum günüdür
30.06.2026 | 16:52
“Müasir şəhərsalmada süni intellekt texnologiyalarının və informasiya təhlükəsizliyinin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir.
23.06.2026 | 10:47