QISA BİOQRAFİK MƏLUMAT
2 oktyabr 1941-ci ildə Azərbaycan Respublikası Laçın rayonu Təzəkənd kəndində anadan olmuşdur.
1961-ci ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan (hal-hazırda Bakı) Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1966-cı ildə oranı bitirmişdir.
İki övladı vardır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ
1961-ci ildə orta məktəbi bitirmişdir.
1961-1966 – ali təhsil
Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun aspiranturasına göndərilmişdir.
1974-cü ildə Rostov Dövlət Universitetinin Elmi Şurasında namizadlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtük və lövhələr üçün elastiklik nəzəriyyəsinin bəzi fəza məsələlərinin asimptotik təhlili” mövzusu üzrə dokturluq dissertasiyasını müdafiə etmişdir.
1994-cü ildə professor elmi adını almışdır.
“Deformasiya olunan bərk cisim mexanikası” və “Tətbiqi riyaziyyat” elm sahələri üzrə 18 fəlsəfə doktoru, 2 elmlər doktoru dissertasiya işlərinə rəhbərlik etmişdir.
129 dərc olunmuş (həm xarici ölkələrdə, həm də respublikada) elmi əsərin müəllifidir.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1970-ci ilin yanvar ayında Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
1976-cı ildə Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsinə seçilmişdir.
1978-ci ilin sentyabrında AMEA Riyaziyyat və Mexanika İnstitutunda XKB-nun "Nazik divarlı konstruksiyalar" şöbəsinə rəhbər təyin edilmişdir.
1985-1991-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun XKB direktorunun elmi işlər üzrə müavini işləmişdir.
1991-2002-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasinda professor vəzifəsində işləmişdir.
2002-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Tətbiqi analizin riyazi üsulları" kafedrasının müdiri vəzifəsində işləmişdir.
2008-ci ildən hal-hazıra kimi "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanı vəzifəsində işləyir.
30 oktyabr 2009-cu ildə Azərbaycan Prezidentinin sərancamı ilə Əməktar Elm Xadimi adı verilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, riyaziyyat və texnika Elmləri bölməsinin Büro üzvüdür.
Azərb. Res. Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
BDU-nun 100-illik yubileyinə həsr olunmuş Yubiley medalı ilə təltif olunmuşdur.
“EKOLOJI XƏBƏRLƏR” Beynəlxalq resenziyalı elmi-təhsil və tətbiqi jurnalının Redaksiya Şurasının üzvüdür (Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi).
“Bakı Universiteti”, “Mexanika. Maşınqayırma” və Azərbaycan Milli Elmlər Akademiyasının Bülleteni, Fizika-riyaziyyat elmləri seriyası ("mexanika") jurnallarının Redaksiya Heyətinin üzvüdür.
TƏDQIQAT SAHƏSI
Deformasiya olunan bərk cisim mexanikası, Tətbiqi riyaziyyat
BEYNƏLXALQ KONFRANSLARDA, KONQRESLƏRDƏ VƏ SIMPOZIUMLARDA IŞTIRAK
- Всесоюзные конференции по теории пластин и оболочек (Днепропетровск, 1969; Ростов на-Дону, 1971; Ленинград, 1973; Таллинн, 1985).
- Всесоюзные съезды по теоретической и прикладной механике (Киев, 1976; Ташкент, 1986).
- V Межд. конф. «Современные проблемы механики сплошной среды», Ростов-на Дону, 2000.
- III Всероссийская конф. по теории упругости, Ростов на Дону-Азов, 13-16 октябр 2003, Ростов на Дону.
- Известия высших учебных заведений. Актуальные проблемы Механики, Ростов на Дону, 2009.
- «Спектральная теория и ее приложения». Международная конференция, посвященной 80-летнему академика Ф.Г.Максудова, (Баку 17-19 март 2010).
- IX International Conference of the Georgian Mathematical Union. Batumi – Tbilisi, September 3 – 8, 2018.
- The international conference dedicated to the 90th anniversary of Ac. A. Kh.Mirzajanzade. Baku, December 13-14 , 2018.
- International Conference "Modern Problems of Mathematics and Mechanics" devoted to the 60th anniversary of the Institute of Mathematics and Mechanics. 23-25 October, 2019, Baku, Azerbaijan.
DÖVLƏT, BEYNƏLXALQ PROQRAMLAR VƏ QRANTLAR
- 1981-1985-ci illər, ümumittifaq elmi-tədqiqat proqramının rəhbərlərindən biri olmuşdur.
- Böyük Britaniyanın Keele Universiteti ilə elmi-yaradıcılıq əlaqələri saxlayır.
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) qalibi və layihənin rəhbəridir.