Fakültə üzrə ixtisaslar

Fakültədə təhsil forması əyanid və qiyabidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 2014/2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi tərəfindən yüksək ixtisaslı kadr hazırlığı məqsədi ilə «Komputer elmləri» ix­tisasları üzrə «Sabah qrupu» yaradılmışdır.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı aparılır: 

  • 050116 İnformatika müəllimliyi
  • 050509 Komputer elmləri
  • 050615 İnformasiya təhlukəsizliyi

"Komüter elmləri " ixtisası üzrə məzunlar İT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, riyaziyyatçı, riyaziyyat mühəndisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. peşələri seçə bilərlər.

"İnformatika müəllimliyi" ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

"İnformasiya təhlükəsizliyi" ixtisası üzrə məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, informasiya təhlükəsizliyi üzrə mütəxəssis, informasiya təhlükəsizliyi üzrə analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, İT layihəsinin meneceri, verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, Java, Python, C# dillərində işləməyə imkan verir. , PHP proqramçısı və s.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət