TƏLƏBƏ HƏYATI

Tətbiqi riyaziyyat və kibernetika  fakültəsində tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə mütəmadi olaraq Bakı Dövlət Universitetinin paytaxt və regionlarda yerləşən muzeylərə, tarixi abidələrin yerləşdiyi məkanlara ekskursiyalar təşkil edilir. Son dövrlər Universitetdə tələbələrin hərtərəfli inkişafı üçün xüsusilə geniş şərait yaradılmışdır. Bu gün Bakı Dövlət Universitetində  fəaliyyət göstərən İdman-sağlamlıq mərkəzi, Mədəniyyət-yaradıcılıq mərkəzi, Psixoloji yardım sektoru kimi təsisatlar tələbələrin fiziki və əqli cəhətdən sağlam inkişafı ilə yanaşı, onların istirahətinin də təmin edilməsinə hesablanmışdır. Tətbiqi riyaziyyat və kibernetika  fakültəsinin tələbələri yaradılan şəraitdən bəhrələnərək universitetin mədəni, ictimai, sosial həyatında aktiv iştirak edirlər. Fakültənin oğlanlardan ibarət futbol komandası hər il universitetdaxili çempionatda çıxış edir. Fakültədə mütəmadi olaraq intellektual oyunlar və müxtəlif elmi-sosial müsabiqələr  keçirilir. Eyni zamanda ölkədə fəaliyyət göstərən  Tətbiqi riyaziyyat, Komputer elmləri və İnformatika  profilli elmi-tətqiqat müəssisələri və institutları ilə əməkdaşlıq həyata keçirilir. Tətbiqi riyaziyyat və kibernetika  fakültəsinin əməkdaş və tələbələri ölkəmizin və universitetin ictimai həyatında fəal iştirak edirlər. Fakültənin professor-müəllim heyəti gənc nəslin yetişdirilməsində, onların elmi-tədqiqata cəlb edilməsində, eləcə də dövlətçilik, vətənpərvərlik mövzularında sosial tərbiyə yönümlü işlər aparırlar.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət