Tələbə Həmkarlar İttifaqı Komitəsi

 

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.

  • Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
  •  Tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
  •  Tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
  •  Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  •  Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
  • Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
  • Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.

Bakı Dövlət  Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində də Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Təşkilatın idarə heyətində sədr, sədrin  müavinləri və aktiv üzvlər də daxil olmaqla 10 nəfər tələbə fəaliyyət göstərir.

Tələbə Gənclər Təşkilatının Əsasnaməsi
(yazıya bu linki yerlesdirin: https://www.asyou.az/syo/regulations?lang=az )

Tələbə Gənclər Təşkilatlnın fakültə üzrə sədri:
Abbasova Röya Bəhram qızı-III kurs bakalavr

Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədri:
Əsgərov Raul Möhübbət oğlu-III kurs bakalavr

Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə sədri:
İskəndərli Zeynəb Azər qızı-II kurs magistr

Əlaqə vasitələri:

BDU  TGT ilə əlaqə:
Facebook: https://www.facebook.com/BDUTelebeGencler
Instagram: https://www.instagram.com/bdu_tgt
Twitter:  https://www.twitter.com/tgtbdu
E-mail: [email protected]
Youtube: https://www.youtube.com/channel/UC34KAvgpwzdQtooyGINpO_g
Telefon:  +994125102587

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət